Gürcüstanda şəhər meri yol qəzasında ÖLÜB

Dünya

 
Gürcüstanda şəhər meri yol qəzasında ölüb.

Xalqxeber.az  apa-ya istinadən xəbər verir ki, motosikletlə yük maşınının toqquşmasından sonra Tercola bələdiyyəsinin sədri Laşa Qoqiaşvili Kutaisi xəstəxanasına gətirilib.
Həkimlərin səyinə baxmayaraq, 42 yaşlı bələdiyyə sədrinin həyatını xilas etmək mümkün olmayıb.


Gürcü Arzusu Partiyasının namizədi olmuş Laşa Qoqiaşvili 2021-ci ildə ikinci dəfə Tercola bələdiyyəsinin sədri seçilib.