Rüstəm Muradov yeni vəzifəyə təyin olundu

Dünya

 
General-leytenant Rüstəm Muradov Rusiya Federasiyasının Şərq Hərbi Dairəsinin komandanı təyin edilib. 

Xalqxeber.az rus mediasına istinadən xəbər verir ki,  bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov bildirib.

O, bundan əvvəl Donbasda rus qoşunlarına komandanlıq edirdi. 

Xatırladaq ki, R.Muradov Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandanı olub.