Paşinyan Praqadan Rusiyaya gedəcək

Dünya

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 6-sı Praqada Avropa Siyasi Birliyi liderlərinin sammitində iştirak edəcək. Sammit çərçivəsində Azərbaycan, Fransa, Ermənistan liderləri və Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.

“Qafqazinfo xəbər verir ki, Paşinyan Praqadan sonra Sankt-Peterburq şəhərinə yollanacaq.

Məlumata görə, Paşinyan Sankt-Peterburqda MDB-yə üzv ölkələrin rəhbərlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.