Türkiyə Hərbi Hava Qüvvələri 23 terrorçunu məhv ETDİ

Dünya

 
Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalındakı Asos bölgəsində keçirdiyi hava əməliyyatı nəticəsində PKK-nın 23 terrorçusu zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hava əməliyyatı İraqın şimalının 140 km dərinliyində baş tutub. Məlumata görə, zərərsizləşdirilən terrorçuların sayının artması gözlənilir.