Məscidin minarəsi uçdu

Dünya

 
Türkiyənin paytaxtı Ankarada bu gün günorta saatlarında başlayan güclü leysan və tufan nəticəsində məscidin minarəsi uçub . Minarənin uçduğu anlar ətrafdakı vətəndaşların mobil telefon kamerasına əks olunub. 

Altındağ rayonunun Öndər rayonunda məscidin minarəsi şiddətli tufana tab gətirə bilməyib aşıb.

Vətəndaşlar minarənin aşma anını telefona qeyd ediblər. Fırtınanın şəhər daxilində bir çox yerdə dağıntılara səbəb olduğu öyrənilib.