İrəvandakı partlayışın hədəfi PAŞİNYANDIR? - Onu öldürə bilərlər...
- 15-08-2022, 09:47
- 397
Mümkündür ki, “sui-qəsd” ssenarisi bir qədər də inkişaf etdirilsin və bundan iki istiqamətdə istifadə olunsun:
- Erməni ictimai rəyində gündəm dəyişir: müxalifətin Laçın şəhərinin Azərbaycana təhvil verilməsi, ümumilikdə Qarabağ məsələsi üzərindən apardığı piar zəifləyir;
- Media tərəfindən “sui-qəsd” ssenarilərində revanşistlərin də adı bu və ya digər formada hallandırıla və bundan siyasi təzyiq olaraq istifadə edilə bilər.
Partlayışın gün ərzində bütün metro stansiyalarına, parlamentə və bir sıra hərbi obyektlərə bomba qoyulması haqda verilən anonim məlumatlar fonunda baş verməsi də “sui-qəsd” ssenarisini qüvvətləndirir.
Asif Nərimanlı