Müharibədə 359 uşaq qətlə yetirilib

Dünya

 
Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü başlayandan bəri işğalçılar Ukraynada 359 uşağı qətlə yetiriblər.

Bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram" səhifəsində məlumat yayıb.

"2022-ci il avqustun 5-i səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1059-dan çox uşaq xəsarət alıb. 359 uşaq ölüb, 700-dən çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”, - məlumatda deyilir.