Avropada meymunçiçəyi virusundan ilk ölüm qeydə alındı
- 30-07-2022, 19:20
- 505
Xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Avropada sözügedən xəstəlikdən qeydə alınan ilk ölümdür.
İspaniya Səhiyyə Nazirliyi bildirib ki, yoluxmuş şəxs Valensiyada dünyasını dəyişib. Həkimlərin dediyinə görə, dünyasını dəyişən 41 yaşlı kişinin limfoma səbəbindən immuniteti zəifləyib.
Həmçinin Səhiyyə Nazirliyinin məlumatından bir neçə saat əvvəl Braziliyada da məlum xəstəlikdən ilk ölüm faktı qeydə alınıb.