Qod Nisanov Portuqaliya vətəndaşlığı üçün müraciət etdi

Dünya

Azərbaycan əsilli rusiyalı iş adamı Qod Nisanov və israilli iş adamı Lev Levayev Portuqaliya vətəndaşlığı üçün müraciət ediblər.

Bu iddia ilə “Politico” nəşri çıxış edib.

“Reuters” isə yazıb ki, Portuqaliya hakimiyyət orqanları iki oliqarxın vətəndaşlıq ərizələrini araşdırır. Onlardan birinin ABŞ sanksiyaları altında olduğu qeyd edilib.

Xəbərin Portuqaliyanın Ədliyyə Nazirliyi tərəfindən təsdiqləndiyi də qeyd olunub.