Suriyada təhlükəli PKK terrorçusu zərərsizləşdirildi

Dünya

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında xüsusi əməliyyat keçirib.

Bu barədə “CNN Türk” məlumat yayıb.  

Bildirilib ki, xüsusi əməliyyat zamanı kod adı “Kəndal erməni” olan YPG (PKK terror qruplaşmasının Suriya qolu) terrorçusu Şahin Tekintanğaç zərərsizləşdirilib.

Ş.Tekintanğaç Suriyanın şimalındakı Ayn əl-Ərəb (Kobani) bölgəsində YPG/PKK-nın cinayətkar fəaliyyətlərində iştirak edib.