Dünyada koronavirusa yoluxanların sayı 569 milyonu ötüb

Dünya

Şənbə günü dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 569 023 786-ya çatıb.

AzadMedia.az xarici mətbuata istinadən xəbər verir ki, dünyada virusun yayıldığı gündən indiyədək 6 382 420 nəfər COVID-19-a yoluxmanın nəticələrindən ölüb.

20 milyondan çox yoluxma halı olan ölkələr sırasında yenə də ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya var.