İsrail İranın PUA müəssisəsini vurdu

Dünya

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın paytaxtı Dəməşq yaxınlığında hərbi obyektlərə aviazərbələr endirib.

Bu barədə Xalqxeber.az UNİAN-a istinadən xəbər verir. Məlumata əsasən aviazərbələr nəticəsində ümumilikdə 8 nəfər həlak olub.

Aviazərbələr, həmçinin Dəməşqin Sayeda-Zeynab rayonunda yerləşən və İrana məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı istehsalı üzrə müəssisəyə də endirilib.

Zərbə nəticəsində İrana məxsus olan silah anbarı tamamilə məhv edilib.