Ukrayna təyyarəsi qəzaya uğradı - 8 nəfər öldü

Dünya

 
Ukraynaya məxsus “Antonov An-12BK” yük təyyarəsi Yunanıstanın şimalındakı Kavala şəhəri yaxınlığında qəzaya uğrayıb.

Hadisə zamanı yük təyyarəsində 8 nəfər olub. Onların hamısı ölüb.

Qeyd olunub ki, qəzaya uğrayan təyyarə Serbiyadan Banqladeşə 11,5 ton müdafiə təyinatlı məhsul aparırmış