Rusiyada dəhşətli yanğın - ölənlər var

Dünya

Rusiyanın Tomsk vilayətində yaşayış binasında yanğın baş verib.

Bu barədə REN TV məlumat yayıb.

Yanğın Tomsk vilayətinin Molçanovski rayonundakı mənzildə baş verib.

Hadisə nəticəsində 4-ü uşaq olmaqla, 6 nəfər dünyasını dəyişib.

Faciənin nədən baş verdiyi barədə məlumat verilməyib.