73 milyon mənimsəyən Nəsirov xərçəngə tutulub

Dünya

Yetmiş üç milyon dollar məbləğində dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinən və Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılan Roman Nəsirovda tiroid xərçəngi aşkarlanıb.

Ukrayna KİV-nə istinadən xəbər veririk ki, məlumatı Nəsirova yaxın mənbələr də təsdiqləyib. Bundan başqa, məhkəmə-tibbi ekspertizasını rəyinə görə, Nəsirovda ürəyin işemik xəstəliyi aşkarlanıb.

Milli Antikorrupsiya Bürosu müalicə üçün onun ABŞ-a getməsinə izn verməyib.