Ərdoğan və Stoltenberq telefonla danışdı
- 25-06-2022, 17:20
- 774
Bunu Alyans rəhbəri tviter səhifəsində yazıb.
“Dəyərli müttəfiqimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Finlandiya və İsveçin NATO-ya müraciətlərini müzakirə etdik. Gələn həftə Brüssel və Madriddə danışıqları davam etdirməyə razılaşdıq”, - Y.Stoltenberq bildirib.