"Rusiyanın 33 150 hərbçisi zərərsizləşdirilib" - Ukrayna MN
- 17-06-2022, 11:59
- 569
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 33 150 hərbçisi zərərsizləşdirilib.
"Rusların 1 456 ədəd tankı, 3 563 ədəd zirehli döyüş maşını, 734 ədəd artilleriya sistemi, 233 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 97 hava hücumundan müdafiə sistemi, 215 ədəd hərbi təyyarəsi, 180 ədəd helikopteri, 2 496 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 593 ədəd dronu, 129 qanadlı raketi və 55 ədəd xüsusi texnikası məhv edilib", - deyə məlumatda qeyd olunub.