NATO ölkələrin müdafiə nazirləri Brüsseldə görüşəcəklər

Dünya

 
NATO-ya üzv ölkələrin müdafiə nazirləri iyunun 15-16-da NATO-nun mənzil-qərargahında görüşəcəklər.

Türkiyəni təmsil edən Milli Müdafiə naziri Hulusi Akar toplantıda iştirak etmək üçün axşam saatlarında Belçikanın paytaxtı Brüsselə yola düşəcək.

 NATO qərargahında keçiriləcək sessiyalara qatılacaq nazir Akarın başda NATO baş katibi Yens Stoltenberq ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.