Daha bir ölkədə meymunçiçəyi virusu aşkarlandı

Dünya

 
Son zamanlar Afrikadan digər ölkələrə sürətlə yayılmağa başlayan meymunçiçəyi virusu Latviyada da aşkarlanıb.

 Latviyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi ölkədə 1 nəfərdə meymunçiçəyi xəstəliyinin aşkar edildiyini açıqlayıb.

Mərkəz xəstənin 50 yaşında olduğunu və xaricə gedən zaman yoluxduğunu bildirib.

Qeyd edək ki, Nigeriyada meymunçiçəyi səbəbiylə ilk ölüm hadisəsi baş verib.