Bu ölkə "Taliban"la danışıqlara başladı

Dünya

 
Hindistan xarici işlər nazirliyinin rəsmiləri hakim "Taliban" hərəkatının yüksək rütbəli üzvləri ilə danışıqlar aparmaq üçün Əfqanıstanın paytaxtı Kabilə gedib.

Bu barədə "Reuters" Hindistan XİN-ə istinadən məlumat yayıb. 

Qeyd olunub ki, bu, ABŞ-ın keçən il xaotik şəkildə geri çəkilməsindən sonra ilk belə görüşdür: "Yaraqlıların hakimiyyəti ələ keçirməsindən sonra qarşıdurmaların yaşandığı ölkədə yoxsulluq və aclıq sürətlə artıb. Hindistan "Taliban"ın yüksək rütbəli üzvləri ilə görüşəcək və Hindistanın Əfqanıstan xalqına humanitar yardımı ilə bağlı müzakirələr aparacaq".