Putin 5 general və bir polkovniki vəzifəsindən azad etdi
- 1-06-2022, 17:34
- 460
Bu barədə Rusiya mətbuatında deyilir. Xəbəri Rusiya Daxili İşlər Nazirliyinə yaxın mənbə təsdiqləyib.
Putin Daxili İşlər Nazirliyinin Vladimir vilayəti üzrə idarəsinin rəisi, general-mayor Vasili Kukuşkin, Daxili İşlər Nazirliyinin Altay diyarı üzrə baş idarəsinin rəis müavini, general- mayor Aleksandr Laası, Yaroslavl vilayətinin Daxili İşlər Nazirliyinin idarə rəisi, general-mayor Andrey Lipilini, eləcə də Daxili İşlər Nazirliyinin əməliyyat idarəsinin rəisi, general-mayor Aleksandr Udovenko və Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat və Tibbi Təminat İdarəsinin rəis müavini, general-mayor Yuri İnstrankini vəzifəsindən azad edib.
Bundan başqa, prezident polis polkovniki Emil Musini Daxili İşlər Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisinin birinci müavini vəzifəsindən çıxarıb.