Zelenski: “Biz Rusiyanın silahlarını yerə qoymağa məcbur qalacağı nöqtəyə yaxınlaşırıq”
- 31-05-2022, 08:18
- 195
Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsi Rusiyanın silahı yerə qoyaraq, diplomatiyaya keçməli olacağı nöqtəyə yaxınlaşır.
Bu barədə o, videomüraciətində bildirib.
“Xerson vilayəti uğrunda mübarizə davam edir. Addım-addım torpağımızı işğaldan azad edirik və tədricən Rusiyanın silahlarını yerə qoymalı, bütün ölülərini saymalı və diplomatiyaya keçməyə məcbur qalacağı nöqtəyə yaxınlaşırıq”, - deyə dövlət başçısı qeyd edib.
Mənbə: unian.net