Pakistanın Baş naziri Ərdoğanla görüşəcək

Dünya

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin başçılıq etdiyi nümayəndə heyəti  sabah Türkiyəyə rəsmi səfər edəcək.

Xalqxeber.az xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 3 günlük səfər çərçivəsində Baş nazirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü nəzərdə tutulub.