Kremldən Putin-Ərdoğan danışığı ilə bağlı - Açıqlama

Dünya

“Prezident Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bazar ertəsi, mayın 30-da danışmağı planlaşdırır”.

Xalqxeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

“Bəli, danışıqların aparılması planda var”, - deyə Peskov bildirib. 

Xatırladaq ki, bundan əvvəl Ərdoğan Rusiya və Ukrayna prezidentləri ilə danışacağının anonsunu vermişdi.