Türkiyənin daha 2 hərbçisi şəhid OLDU

Dünya

 
İraqda Türkiyə ordusunun daha 2 hərbi qulluqçusu şəhid olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbçilərin İraqın şimalında keçirilən “Pençe-Kilit” antiterror əməliyyatında şəhid olduğu bildirilir.

Qeyd edək ki, bu gün Türkiyə daha 3 hərbçinin şəhid olduğunu açıqlamışdı.