Müxalifət Ermənistan XİN binasının girişini bloklayıb
- 24-05-2022, 10:20
- 515
Baş nazir Nikol Paşinyanın istefasını tələn edən "Müqavimət" hərəkatının üzvləri İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alıb.
Xalqxeber.az APA-ya istinadən bildirir ki, bir neçə min etirazçı polis koridorunu yararaq XİN binasının giriş və çıxışlarını bloklayıb.
Müxalifətin liderlərindən biri, vitse-spiker XİN-nin artıq Ermənistan dövlətinin maraqlarına xidmət etmədiyini söyləyib.