“Pençe-Kilit” əməliyyatında 3 terrorçu zərərsizləşdirilib

Dünya


Türkiyə ordusunun İraqın şimalında keçirdiyi "Pençe-Kilit" əməliyyatında PKK/YPG-nin 3 terrorçusu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyi Türkiyə sərhədi yaxınlığında terror təhlükəsinin aradan qaldırılması üzrə əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, "Pençe-Kilit" əməliyyatı İraqın 3 bölgəsində həyata keçirilir və aprelin 18-dən bugünədək 85 terrorçu məhv edilib.