Azərbaycanlı milyarderin oğlu dəmiryolu şirkətini alır
- 30-05-2017, 12:35
- 58 963
Bu barədə “Kommersant” qəzeti yazır. Yusif Ələkbərov sahibi olduğu “EKTO” şirkətinə Britaniyanın Vircin adalarında qeydiyyatda keçmiş dəmiryolu operatorunun aksiyalarının 60%-ni almaq tapşırığı verib.
Rusiya bazarında 2003-cü ildən işləyən VPT şirkətinin 400 sisteni var və onlar “Lukoyl”un törəmə şirkəti “Lukoyl-Trans” tərəfindən icarəyə götürülüb.
Yusif Ələkbərov 1990-cı ildə anadan olub. Qubkin adına Neft-qaz Universitetini qurtarıb. Sonra “Lukoyl”un neft sənayesində işləyib. O, atasının şirkətinin 0,13%-nə sahibdir.
Avropa.info