"Müraciətin ikinci mərhələsini tamamladıq" - Zelenski

Dünya


Ukrayna Avropa Birliyinə üzvlük üçün müraciətinin ikinci hissəsini tamamlayıb.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə videobağlantı vasitəsilə görüşdük. O, Ukraynanın Avropa Birliyi üzvlüyünə namizəd statusu əldə etməsi üçün doldurulmuş sorğunun ikinci hissəsini nümayiş etdirdi. Bizim üçün bu vacib yolda aydın dəstək siqnallarına görə təşəkkür edirik”, - Zelenski bildirib.