Kiyevdə 1200-dən çox insanın cəsədi tapıldı
- 2-05-2022, 17:20
- 368
Bu barədə Ukrayna polisinin rəisi Andrey Nebytov Ukrayna telekanallarına açıqlamasında bildirib.
“Təəssüf ki, biz demək olar ki, hər gün dəhşətli tapıntılar tapırıq və Kiyev vilayətində Rusiya ordusunun cinayətlərini qeydə alırıq. İndiyədək həlak olan mülki vətəndaşlarımızın 1202 cəsədi müstəntiqlər tərəfindən müayinə olunaraq, ölümün son səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb müəssisələrinə təhvil verilib. Onlardan 280-i hazırda tanınmır”, - Kiyev vilayətinin polis rəisi bildirib.