Ermənistanda kütləvi mitinq keçirilir - FOTO

Dünya

 
Ermənistanda müxalifət qüvvələrinin təşəbbüsü ilə mitinq keçirilir. 

Xalqxeber.azxarici KİV-ə istinadən xəbər verir ki, Fransa meydanında keçirilən aksiyalarda etirazçılar çadırlar qurmağa başlayıb. 

"Bu gündən bu meydan xalqındır, bundan sonra Ermənistanda hakimiyyət xalqındır. Biz burada çadırlar quracağıq ki, gecələyə bilək", - İşxan Saqatelyan deyib. 

Polis etirazçılara gecə qalmaq üçün çadır gətirməyə imkan verməməyə çalışır.

Qeyd edək ki, sabah Ermənistanda kütləvi etirazların yeni dalğasının başlanacağı gözlənilir.