Türkiyə hərbçisi şəhid oldu 30-04-2022, 20:00 448 Dünya Türkiyə təhlükəsizlik qüvvələri Şırnakda terrorçulara qarşı “Ərən blokada-5” (Eren abluka-5) əməliyyatını keçirir.Xalqxeber.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.Əməliyyatlar zamanı Türkiyə jandarmasının xüsusi təyinatlısı, çavuş Fatih Berkay Akgün şəhid olub.