Kuleba: Ukrayna ordusu döyüş gedə-gedə bunu edir

Dünya

 
Rusiya ilə müharibədə olan Ukrayna ordusu NATO ölkələrinin silahlarına keçir.

Bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba deyib

“Biz tamamilə yeni mərhələyə keçdik. Hansı ki, iki ay əvvəl heç kimin ağlına gəlmirdi. Biz heç kimin arzu belə etmədiyi, keyfiyyətcə, prinsipial olaraq yeni fazaya keçdik. Ukrayna ordusunun NATO silahlarına, NATO standartına keçidi... Bu, baş verir”, - deyə Kuleba bildirib.