Ukraynada internat məktəbi atəşə TUTULDU
- 24-04-2022, 18:00
- 439
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, mərmilər Atinskoe kəndindəki psixonevroloji internat məktəbinə düşüb. Binanın qapı və pəncərələri sınıb.
Həmçinin, Boyaro-Ləjaçi kəndindəki fərdi yaşayış evləri Rusiya ərazisindən atəşə tutulub. "Xoşbəxtlikdən insan tələfatı yoxdur", - Dövlət Sərhəd Xidmətindən bildirilib.