Mariupolda daha bir kütləvi məzarlıq aşkar edilib
- 23-04-2022, 10:20
- 601
Xaqlxeber.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Mariupol şəhər sovetinin məlumatında deyilir.
Bildirilir ki, “Planet” peykindən 20 aprel tarixində çəkilmiş şəkillərdə 45X25 metr ölçüdə kütləvi dəfnetmə yeri görünür. Burada mindən çox mariupollunun basdırıldığı ehtimal edilir.
Şəhər soveti bu cür dəfn yerlərinin çox olduğunu qeyd edib.