Paşinyan Putinlə Qarabağı müzakirə edib
- 20-04-2022, 16:19
- 611
Xalqxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ermənistan lideri RF prezidentli ilə görüşü məhsuldar adlandırıb.
"Prezident Putinlə məhsuldar müzakirə apardım, biz mühüm birgə bəyanat qəbul etdik", - deyən Paşinyan əlavə edib ki, o, Rusiya prezidenti ilə bir sıra mühüm məsələlər, o cümlədən təhlükəsizlik, Qarabağ məsələsi, proseslərlə bağlı yekun razılığa gəlib. Regional infrastrukturların blokdan çıxarılması və Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya da müzakirə mövzusu olub.