Ukraynada müharibə başlayandan 191 uşaq həlak olub

Dünya

 
Rusiya Federasiyasının Ukraynaya silahlı hücumu nəticəsində 191 uşaq həlak olub.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“2022-ci il aprelin 13-də səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının silahlı hücumu nəticəsində Ukraynada 540-dan çox uşaq xəsarət alıb. Eyni zamanda, 191 uşaq ölüb, 349-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda deyilir.