Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarıldı
- 26-05-2017, 14:44
- 116 732
Bununla bağlı qərarı Adana 11-ci Ağır Cinayətlər Məhkəməsi verib.
Məhkəmə ölkənin Ədliyyə Nazirliyinə məktub göndərərək F.Gülənin Türkiyə vətəndaşlığından çıxarılması ilə bağlı qərarı əsaslandırıb.
Qeyd edək ki, uzun illərdir ABŞ-da yaşayan FETÖ rəhbəri F.Gülən Türkiyədə dövlət çevrilişinə cəhdə və digər cinayətlərdə ittiham olunur. Rəsmi Vaşinqton onu Türkiyəyə təhvil verməkdən imtina edir.