ABŞ Putinlə Lavrovun ailə üzvlərinə sanksiya tətbiq etdi

Dünya

 
ABŞ Rusiya Prezidenti Vladimir Putinin qızlarına, xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı və qızına və Rusiya Təhlükəsizlik Şurasının bir sıra üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

Xalqxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

“Bu gün biz Putinin övladlarına, nazir Lavrovun həyat yoldaşı və qızına və Rusiya Təhlükəsizlik Şurasının üzvlərinə qarşı sanksiyalar tətbiq edirik”, - xəbərdə qeyd edilib.