Bir gündə Ukraynanın 69 hərbi obyekti vuruldu
- 30-03-2022, 20:15
- 421
Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.
“Bunlar arasında üç komanda məntəqəsi, iki reaktiv yaylım atəşi sistemləri qurğusu, 8 döyüş sursatı və raket və artilleriya silahları anbarı, 52 hərbi texnikanın cəmləşdiyi ərazilər var, - general-mayor vurğulayıb.
Qeyd edək ki, Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiya ordusu 124 təyyarə və 77 helikopter, 214 zenit-raket kompleksi, 323 PUA, 1767 tank və digər zirehli döyüş texnikası, 186 MLRS qurğusu, 741 səhra artilleriyasını, o cümlədən 1657 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edib.