Türkiyənin son seriya silahları Malayziyada

Dünya

Türk Aerokosmik Sənayesi (TUSAŞ) 28-31 mart tarixlərində Malayziyada keçiriləcək 17-ci Müdafiə Xidməti Asiya (DSA) Sərgisində iştirak edəcək. 

Xalqxeber.az "TRT"yə istinadla xəbər verir ki, sərgidə "Hürjet" və "Anka" kimi son seriya "hava şahinləri" sərgilənəcək.

Keçən il Malayziyada ofis açan TUSAŞ, bu ölkə ilə müdafiə sənayesi və aviasiya sahəsində yeni ortaq layihələr üçün səylərini artırmağı hədəfləyir. 

Sərgiyə qatılacaq nümayəndə heyətləri ilə şirkət, pilotsuz uçuş aparatları, reaktiv təlimçilər, orijinal helikopter inkişafı, struktur imkanlar və aviasiya sənayesinin inkişafına töhfə verəcək modernləşdirmə proqramları kimi bir çox sahədə potensial ortaq tədqiqatlar aparmağı qarşısına məqsəd qoyub.