“Azərbaycan təyyarələrimizi həbs etməyib” - Rusiyadan təkzib
- 23-03-2022, 19:19
- 1 901
Bu barədə APA-ya Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:
“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, - deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.