"Ukraynada 4 AES-in hamısı müharibə səbəbindən təhlükə altındadır" - Zelenski
- 23-03-2022, 18:00
- 2 028
Bunu Yaponiya parlamentində çıxışı zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Bu gün Ukraynada dörd atom elektrik stansiyası fəaliyyət göstərir - bunlar 15 nüvə blokundan ibarətdir və onların hamısı Rusiyanın hərbi təcavüzü səbəbindən təhlükə altındadır.
O qeyd edib ki, Rusiya Ukraynanın müdafiə qüvvələrinə qarşı yeni hücumlar hazırlamaq üçün Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığındakı qapalı zonadan istifadə edir.
Zelenski Yaponiyaya Rusiyanın Ukraynaya müdaxiləsindən dərhal sonra köməyə gəldiyinə görə təşəkkür edib.