Polşa Rusiya diplomatlarını ölkədən çıxarır
- 23-03-2022, 17:43
- 300
Bu barədə xüsusi xidmətləri əlaqələndirmə nazirinin sözçüsü Stanislav Zarin mətbuat konfransında bildirib.
O, məsələ ilə əlaqədar Rusiyanın Polşadakı səfiri Sergey Andreyevin Xarici İşlər Nazirliyinə dəvət olunduğunu da diqqətə çatdırıb.
Daxili Təhlükəsizlik Agentliyinin məlumatına əsasən ölkədən çıxarılacaq 45 nəfərdən ibarət siyahıya rusiyalı diplomatlar və həyat yoldaşları daxildir. Bu şəxslərin məxfi məlumatlar toplamaqla yanaşı, yerli vətəndaşları xarici dövlətin xeyrinə casusluq fəaliyyətinə cəlb etdikləri də bildirilir.