Rusiya Ordusu Çerniqovda silah-sursat anbarını məhv etdi

Dünya



Rusiya Müdafiə Nazirliyi Ukraynanın Çerniqov vilayətində silah-sursat və hərbi texnika dolu anbarın məhv edilməsi videosunu yayıb.

Xalqxeber.az TASS-a istinadən xəbər verir ki, anbara artilleriya zərbələri endirilib.

“Rusiya Ordusunun artilleriya bölmələri atəş hədəfinin vurulması çərçivəsində dəqiq zərbə ilə Ukraynanın raket-artilleriya anbarını və 20-yə qədər zirehli texnikasını məhv edib”, - Nazirliyin açıqlamasında deyilir.

Atəşin dəqiqliyi pilotsuz uçuş aparatının köməkliyi ilə korrektə olunub.