Belçikalı iki əsgər icazəsiz Ukraynaya getdi
- 16-03-2022, 08:14
- 343
Bu barədə Belçikanın “LeSoir” nəşri məlumat yayıb.
Belçika Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumata görə, bir hərbçi Ukraynaya getməzdən əvvəl silahlı qüvvələrdən təqaüdə çıxıb. İkincisi ordudan istefa vermədən müharibəyə icazəsiz gedib.
Qeyd olunub ki, Müdafiə Nazirliyi ona qarşı “fərariliyə görə” iş açıb.