Rusiyada videokartların qiyməti kəskin bahalaşdı
- 14-03-2022, 16:40
- 622
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, əvvəl də baha olan videokartların qiymətlərinin artması rublun dəyişkənliyi və daşınma problemlərilə bağlıdır. İndi ən sərfəli variantları reklam saytları və ya Çin onlayn mağazalarında özəl treyderlər təklif edir. Avropa bazarında da videokartların qiymətində artım müşahidə olunur. “AMD Radeon” qrafik kartlarının orta qiyməti 35% yüksəlib. “NVİDIA” videokartları isə öz növbəsində orta hesabla 41% bahalaşıb.