Ermənistanın beşinci prezidenti and içdi

Dünya

Ermənistanın yeni prezidenti Vaaqn Xaçatryanın andiçmə mərasimi keçirilib.

Xalqxeber.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, martın 3-də Ermənistan parlamenti ikinci cəhdində 1990-cı illərdə İrəvanın meri olmuş Vaaqn Xaçatryanı ölkənin beşinci prezidenti seçib.

Onun namizədliyi hakim “Vətəndaş Müqaviləsi” partiyası tərəfindən irəli sürülüb.