Neft idxalına qadağa qoyuldu - Baydendən Rusiyaya daha bir ZƏRBƏ

Dünya

ABŞ Rusiyadan neft, qaz və kömrün idxalına tam qadağa qoyub.

Xalqxeber.az“BBC”-yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden bununla bağlı qərarı təsdiqləyib.
Baydenin sözlərinə görə, bu addım Rusiyaya daha bir güclü zərbə vuracaq.

"Biz müharibənin subsidiyalaşdırılmasının bir hissəsi olmayacağıq" -, deyə ABŞ lideri bildirib.

Qaz qiymətlərinin artması ilə bağlı artan qorxulara baxmayaraq, bu addım ABŞ-da geniş siyasi dəstəyə malikdir.