Türkiyədən Mirzoyanın Antalyaya səfərinə dair - Açıqlama
- 8-03-2022, 18:00
- 373
Xalqxeber.az xəbər verir ki, Türkiyə XİN Mirzoyanın forumda iştirakla bağlı cavabına münasibət bildirib.
“Ermənistan Xarici İşlərNazirliyi sözçüsünün Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın 11-13 mart 2022-ci il tarixlərində keçiriləcək Antalya Diplomatiya Forumuna qatılacağı ilə bağlı açıqlaması məmnuniyyətlə qarşılanıb.
Belə qarşılıqlı addımlar iki ölkə arasında dialoqun artırılmasına və tam normallaşma hədəfi istiqamətində inam artıran tədbirlərin müzakirə edilməsinə töhfə verəcək”, - XİN-dən bildirilib.